Maqdeburqdakı “Land des Feuers” boks klubu Avropa Şurasının Baş katibinə sərt etirazını bildirib

   Maqdeburqdakı “Land des Feuers” boks klubu <a href="https://twitter.
Maqdeburqdakı “Land des Feuers” boks klubu Avropa Şurasının Baş katibinə sərt etirazını bildirib
Yayın: 02 Ağustos 2023 Bugün, GÜNDEM Google News

 

 

 

 

Maqdeburqdakı “Land des Feuers” boks klubu Avropa Şurasının Baş katibinə sərt etirazını bildirib

2023

 

 

 

Maqdeburqdakı “Land des Feuers” boks klubu Avropa Şurasının Baş katibinə sərt etirazını bildirib

 

 

 

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Land des Feuers” (“Odlar yurdu”) boks klubu Laçın-Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətlə bağlı Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriçin açıqlamasını yolverilməz hal kimi qiymətləndirib.

 

 

 

 

“Land des Feuers” boks klubunun adından Avropa Şurasına ünvanlanan bəyanatda bildirilib ki, Baş katibin böyük təəccüblə qarşılanmış 28 iyul 2023-cü il tarixli açıqlaması Avropa Şurasının Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir.

Nəzərə çatdırılıb ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya blokadaya alınması və humanitar fəlakətlə üzləşməsi barədə deyilənlər Ermənistanın beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əl atdığı növbəti böhtan və cəfəngiyyatdır.

 

 

 

 

Azərbaycan dövlətinin, 30 illik işğala və məşəqqətlərə baxmayaraq, iki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış etdiyi bir daha yada salınıb.

Rəsmi Bakının Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atdığı, yeni Laçın yolunun tikintisini qısa müddətdə istifadəyə verdiyi, öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısının alınması məqsədilə öz suveren ərazilərində təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsindən yerli erməni sakinlərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin keçidini təmin etdiyi, yerli erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, irəli sürdüyü təkliflərin Avropa İttifaqı, BQXK tərəfindən dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.

 

 

 

 

 

Ermənistanın isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya zidd olaraq, təxribatlar törətməklə (Ermənistan hərbi birləşmələrini indiyədək Azərbaycan ərazisindən çıxarmadığı, mina xəritələrini rəsmi Bakıya təqdim etmək əvəzinə, Azərbaycan ərazilərini yenidən minalamağa cəhdlər göstərdiyi, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara mane olduğu, Azərbaycan sərhədçilərinin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi, ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirdiyi) məşğul olduğu vurğulanıb. Ermənistanın məsuliyyətsiz davranışı səbəbindən 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist də daxil olmaqla 303 nəfər azərbaycanlının Qarabağ bölgəsində mina qurbanına çevrildiyi bildirilib.

Belə durumda Ermənistan tərəfinin bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayması siyasi şantaj və manipulyasiya, bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaq məqsədi güdməsi kimi qiymətləndirilib.

 

Baş verən bütün təxribatlara görə məsuliyyətin Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşdüyü bəyan edilib.

 

 

 

“Land des Feuers” boks klubu 80-ci illərin sonlarından etibarən Ermənistanın yol verdiyi bəşəri və hərbi cinayətlərə (öz doğma yürdlarından zorla qovulmuş bir milyona yaxın azərbaycanlının çəkdiyi iztirablara, Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsinə, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamasına, Naxçıvan Muxtar Respublikasını 32 ildir blokadaya almasına, son üç il ərzində Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, kommunikasiyaların açılmasına mane olması) göz yuman bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edib.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/maqdeburqdaki-land-des-feuers-boks-klubu-avropa-surasinin-bas-katibine-sert-etirazini-bildirib-3293

 

 

Son Güncelleme: 02 Ağustos 2023