ABŞ-dakı Meyn Azərbaycan Cəmiyyəti seçki kampaniyasına qoşulub
ABŞ-dakı Meyn Azərbaycan Cəmiyyəti seçki kampaniyasına qoşulub
18 mart, 2024
ABŞ-dakı Meyn Azərbaycan Cəmiyyəti seçki kampaniyasına qoşulub
ABŞ-dakı Meyn Azərbaycan Cəmiyyəti seçki kampaniyasına qoşulub
📌 https://t.co/eudqvy4Cic pic.twitter.com/EjSJKtCsCB— Azerbaijani Diaspora (@DiasporaAz) March 18, 2024
ABŞ-ın Meyn ştatında fəaliyyət göstərən Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov Meyn ştatı Nümayəndələr Palatasına namizədliyini irəli sürən əslən Somalili Yusuf Yusufun seçki kampaniyasına qoşulub.
Kampaniya çərçivəsində keçirilən tədbirdə Meyn ştatının senatoru Jill Duson, Deqa Dhalak, Mana Abdi, Meyn Nümayəndələr Palatasının üzvləri və müxtəlif ölkələrin icma təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Tərlan Əhmədov hər kəsi namizəd Yusuf Yusufu dəstəkləməyə çağırıb. O, çıxışında rəhbəri olduğu cəmiyyətlə bağlı məlumat verərək müxtəlif ölkələrdən gələn icmaların bir birinə dəstək göstərməsinin önəmini vurğulayıb.
Qeyd edək ki, uzun müddətdir ABŞ-da yaşayan Tərlan Əhmədov həmin ölkənin ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edir, lobbiçilik fəaliyyəti göstərir.
FOTO QALEREYA
ABŞ-dakı Meyn Azərbaycan Cəmiyyəti seçki kampaniyasına qoşulub
📌 https://t.co/eudqvy4Cic pic.twitter.com/EjSJKtCsCB— Azerbaijani Diaspora (@DiasporaAz) March 18, 2024
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
Kaynak:https://diaspor.gov.az/az/news-detail/abs-daki-meyn-azerbaycan-cemiyyeti-secki-kampaniyasina-qosulub-4397