Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub

İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub
REKLAM ALANI
17.04.2022
A+
A-

İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub

 

 

 

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyev Baş nazir Edi Ramanı qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Albaniyanın Baş nazirini salamlayan Prezident İlham Əliyev dedi:

-Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz, sizi Azərbaycanda görməyimə çox şadam. Bu, bir-birimizi görmək və gündəliyimizdə duran bir çox vacib məsələləri müzakirə etmək üçün olduqca yaxşı fürsətdir. Sizin səfəriniz ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyəsini bir daha nümayiş etdirir. Biz dəfələrlə görüşmüşük, bir çox hallarda telefon əlaqəsi yaradırıq. Eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində də bir-birimizi görmək imkanından hər zaman istifadə edirik.

Əminəm ki, bu səfər ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Biz regional inkişaf və dünyanın gündəliyində olan başlıca məsələləri müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə gəldikdə, mən məlumatla tanış oldum və əlbəttə ki, biz ticarət dövriyyəmizin artırılması üzərində çalışmalıyıq. Rəqəm olduqca kiçikdir, lakin hesab edirəm ki, burada artım potensialı var və biz bunu bu gün müzakirə edəcəyik.

Əlbəttə, enerji sektorunda əməkdaşlığımız haqqında da danışacağıq. Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib. Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni, biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür.

Bu, əməkdaşlığımızın ən yaxşı sahələrindəndir ki, burada böyük artım potensialı var. Bizim nümayəndələrimiz enerji əməkdaşlığımız ilə bağlı daha geniş portfelə malik olmaq istiqamətində görüşlər keçirirlər. Buraya təbii qaz, tranzit, təchizat, elektrik enerjisi daxildir və bu, həqiqətən də bizim ikitərəfli gündəliyimizin əhəmiyyətli hissəsini təşkil edə bilər. Əminəm ki, hazırda danışıqlar mövzusu olan məsələlər yeni inkişafla nəticələnəcək.

Hesab edirəm ki, biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu imkanlarını müzakirə edə bilərik. Biz vətəndaşlarımıza turizm sahəsində müxtəlif imkanlar yarada bilərik. Ümumilikdə isə bu görüş tərəfdaşlığımıza daha geniş mənada nəzər salmaq və gələcəkdə yaxşı nəticələr əldə etmək baxımından təkan vermək üçün yaxşı fürsətdir.

Sizi görməyimə şadam. Bir daha xoş gəlmisiniz.

x x x

Baş nazir Edi Rama dedi:

-Təşəkkür edirəm cənab Prezident. İlk növbədə, uzun illərdən sonra vəziyyətin dözülməz həddə çatması nəticəsində ölkənizin ərazisinin bir hissəsini uğurla geri qaytardığınız dövrdə burada olmağımdan çox məmnunam. Bildiyiniz kimi, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək. Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq.

Eyni zamanda, xoşbəxtlikdən Türkiyə kimi dövlətin simasında güclü körpüyə malikik. Qəti şəkildə inanıram ki, Sizin də qeyd etdiyiniz kimi, biz daha çox işlər görə bilərik. Əlbəttə, əməkdaşlığımızın artırılması potensialına malik sahələr var və mən bununla bağlı Sizin fikirlərinizi öyrənmək, habelə perspektivləri müzakirə etmək arzusundayam. Bundan əlavə, heyətlərimiz müzakirələr aparır və görək, istər enerji, istərsə də turizm sahəsində hansı nəticələr əldə olunacaq.

COVID artıq bir növ sakitləşib və ümid edirəm ki, Siz Albaniyaya səfərə gələcəksiniz.

Cənab Prezident, gözəl paytaxtınıza ilk qədəmlərimizdən bizə göstərilən bu yüksək qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi naharı olub.

Böyük ölçüdə video

Kaynak:https://president.az/az/articles/view/55804

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.