Milli Məclisin vitse-spikeri Marneulidəki “Azərbaycan Evi”nin fəaliyyəti ilə tanış olub
Milli Məclisin vitse-spikeri Adil Əliyevin rəhbərlik etdiyi #Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfəri çərçivəsində Marneuli rayonunda fəaliyyət göstərən “#AzərbaycanEvi”ni ziyarət edib.
📌 https://t.co/M4P8j1fS7z#AzerbaijaniDiaspora pic.twitter.com/RvmRUivFJ3
— Azerbaijani Diaspora (@DiasporaAz) May 2, 2023
Milli Məclisin vitse-spikeri Marneulidəki “Azərbaycan Evi”nin fəaliyyəti ilə tanış olub
2 may, 2023
Milli Məclisin vitse-spikeri Marneulidəki “Azərbaycan Evi”nin fəaliyyəti ilə tanış olub
Milli Məclisin vitse-spikeri Adil Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfəri çərçivəsində Marneuli rayonunda fəaliyyət göstərən “Azərbaycan Evi”ni ziyarət edib.
Oncə qonaqlara “Azərbaycan Evi”ndə yerləşən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) fəaliyyəti barədə məlumat verilib. GAİM-in icraçı direktoru Murad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mərkəzdə gürcü, ingilis dilləri, kompüter kurslarının, rəqs və idman dərnəklərinin fəaliyyət göstərdiyini bildirib, gənclərin inkişafı və yerli cəmiyyətə inteqrasiyası baxımından yaradılmış şəraiti nümayiş etdirib, müxtəlif layihələrin həyata keçirildiyini bildirib.
Sonra mərkəzdə Azərbaycan nümayəndə heyəti ilə gənclərin görüşü keçirilib. Tədbirdə Milli Məclisin (MM) vitse-spikeri Adil Əliyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış ediblər.
Səfir xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanan tədbirlər barədə məlumat verib. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin Gürcüstanda da çox sevildiyini, onun gürcü xalqı və soydaşlarımız qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.
Gürcüstana səfərdən danışan MM-in vitse-spikeri deyib ki, məqsəd strateji tərəfdaş olan iki ölkənin parlamentləri arasında əlaqələrin, gənclər və idman siyasətinin inkişafı ilə bağlı məsələhətləşmələr aparmaq, birgə layihələr hazırlamaqdır. Gürcüstandakı soydaşlarımızın qalib xalqın nümayəndələri olduğu, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dövlətinə, xalqına və ön cəbhədə vuruşan əsgərlərimizə dəstəyinin hiss edildiyi nəzərə çatdırılıb.
Milli Məclisin vitse-spikeri Adil Əliyevin rəhbərlik etdiyi #Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfəri çərçivəsində Marneuli rayonunda fəaliyyət göstərən “#AzərbaycanEvi”ni ziyarət edib.
📌 https://t.co/M4P8j1fS7z#AzerbaijaniDiaspora pic.twitter.com/RvmRUivFJ3
— Azerbaijani Diaspora (@DiasporaAz) May 2, 2023
Azərbaycan dövləti tərəfindən Gürcüstan azərbaycanlılarına göstərilən diqqət və qayğıdan danışan Məhəbbət İmanov soydaşlarımızın təhsil problemlərinin həlli, gənclərin mədəniyyətə, idmana marağının artırılması məqsədilə gerçəkləşdirilən layihələrdən söz açıb.
Görüş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/milli-meclisin-vitse-spikeri-marneulideki-azerbaycan-evi-nin-fealiyyeti-ile-tanis-olublar-2869