Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Toronto Azərbaycan Evində Gənclər Günü qeyd edilib

Toronto Azərbaycan Evində Gənclər Günü qeyd edilib
REKLAM ALANI
06.02.2024
A+
A-

 

 

 

Toronto Azərbaycan Evində Gənclər Günü qeyd edilib

 

 

 

2024
Toronto Azərbaycan Evində Gənclər Günü qeyd edilib
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bayram tədbiri keçirilib.

 

 

 

Tədbirdə Toronto şəhərində yaşayan icma üzvlərimiz, Toronto və York Universitetində təhsil alan gənclərimiz iştirak ediblər. Kalqari və Ottava şəhərlərində yaşayan soydaşlarımız internet vasitəsilə tədbirə qatılıblar.

 

 

 

Qonaqları salamlayan Azərbaycan Evinin rəhbəri Lalin Həsənova bayram münasibətilə gənclərimizi təbrik edib, Gənclər Gününün tarixindən və gənclərin ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rolundan danışıb.

 

 

 

Tədbirdə York Universitetinin professoru Yulduz Rəhimov, Kalqaridəki Azərbaycan icmasının üzvü Pərvin Abdullayeva, Toronto Azərbaycan Evinin nəzdində fəalliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Gülnar Nəsir, icma üzvü Natiq Yusifov və digərləri çıxış ediblər. Onlar xaricdə təhsil alan azərbaycanlı gənclərin də vətənimizin ümumi inkişafına müvafiq töhfələr verməsi, vətənə bağlılıq, milli kimliyin və mənsubiyyətin qorunması baxımından məsuliyyətlərinə diqqəti cəlb ediblər. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda fədakarlıq göstərmiş gənclərimizin bütün soydaşlarımıza örnək olduğu vurğulanıb.

 

 

 

Eyni zamanda dünya ictimaiyyətinin bir neçə gün sonra ölkəmizdə yeni tarixi hadisənin – 7 fevral növbədənkənar Prezident seçkilərinin keçirilməsinin şahidi olacağı diqqətə çatdırılıb. Səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının xalqımızın layiqli namizədinə səs verəcəklərinə əminlik ifadə edilib.

 

 

 

Tədbirin bədii hissəsində gənclərin ifasında konsert proqramı və bayram günü münasibətilə hazırlanmış xüsusi tort qonaqlara təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/toronto-azerbaycan-evinde-gencler-gunu-qeyd-edilib-4185

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.